Dünya
"Brexit"dən sonra Britaniyaya miqrant axını: Rəqəmlər şok yaratdı
"Brexit"dən sonra Böyük Britaniyada miqrasiya rekord həddə çatıb.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Britaniya siyasəti üzrə ekspert Vasili Yeqorov bildirib.
Onun sözlərinə görə, 2020-ci ildən sonra ölkəyə 4-5 milyon nəfər daxil olub. Onların arasında ukraynalılar, Honkonq sakinləri, həmçinin çox sayda nigeriyalı və pakistanlı var.
Ekspert bildirib ki, hazırkı miqrasiya artımı Britaniyada narazılığın əsas səbəblərindən biridir.
Yeqorov qeyd edib ki, "Brexit"in tərəfdarları 2016-cı ildə sərhədlərə nəzarəti gücləndirmək və Şərqi Avropadan miqrasiyanı azaltmaq məqsədilə səs veriblər. Lakin sonrakı miqrasiya dinamikası onların gözləntilərinə uyğun olmayıb.
Qeyd edək ki, "Brexit" Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesidir.
Müəllif: Roza
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı



















.jpg)

.jpg)














.jpg)