Dünya
Uşağa dərs zamanı təzyiq göstərmək olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq
Valideynlər uşağın dərs hazırladığı zaman onu tənqid etməməli, səhvlərinə və səliqəsiz xəttinə görə danlamamalıdırlar.
Publika.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bunu uşaq psixoloqu və neyropsixoloq Natalya Naumova deyib.
Onun sözlərinə görə, evdə dərs prosesi valideynlə uşaq arasındakı münasibətlərə mənfi təsir göstərməməlidir. Əksinə, valideynin əsas vəzifəsi uşağın öyrənməsi üçün sakit və dəstəkləyici mühit yaratmaqdır.
Psixoloq bildirib ki, uşağa göstərilən təzyiq onda təhsilin şəxsi məsuliyyət deyil, məcburiyyət olduğu hissini yarada bilər. Stress və qorxu isə uşağın diqqətini bilikləri mənimsəməkdən yayındıraraq psixoloji müdafiəyə yönəldir. Nəticədə bu, dərs göstəricilərinin pisləşməsinə, motivasiyanın azalmasına və ailəyə olan etimadın sarsılmasına səbəb ola bilər.
Naumova valideynlərə uşaqları yalnız nəticəyə görə deyil, göstərdikləri səylərə görə də tərifləməyi tövsiyə edib. Onun fikrincə, uşaq tapşırıqları mümkün qədər özü yerinə yetirməli, valideyn isə ona mentor kimi dəstək verməlidir.
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov


















.jpg)

.jpg)














.jpg)