Dünya
KXDR yenidən ballistik raket buraxdı - Seulda təcili müşavirə keçirildi
Koreya Xalq Demokratik Respublikası (KXDR) Şərq dənizi istiqamətində ballistik raket buraxıb. Raket 700 kilometrdən çox məsafə qət edib.
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, raket oktyabrın 3-də saat 06:30 radələrində (Bakı vaxtı ilə 01:30) KXDR-in Vonsan bölgəsindən buraxılıb. Seulun məlumatına görə, buraxılışla bağlı ABŞ və Yaponiya ilə kəşfiyyat məlumatları mübadiləsi aparılır.
Koreya Respublikası Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsi hadisə ilə əlaqədar təcili müşavirə keçirib. Rəsmilər buraxılışın təhlükəsizliyə mümkün təsirini qiymətləndirib və silahlı qüvvələrin cavab tədbirlərinə hazırlığını yoxlayıblar.
Seul KXDR-in ballistik raket buraxılışlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu bildirərək Pxenyana belə addımları dayandırmaq çağırışı edib.
Qeyd edək ki, KXDR sonuncu oxşar raket buraxılışını sentyabrın 20-də həyata keçirib.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı



















.jpg)

.jpg)














.jpg)