Dünya
Aİ-dən nəhəng şirkətlərə gözlənilməz zərbə - Trampın reaksiyası qorxudur
Avropa İttifaqı (Aİ) büdcə gəlirlərini artırmaq məqsədilə iri texnologiya şirkətləri də daxil olmaqla, böyük şirkətlər üçün vergi yükünü artırmağı planlaşdırır.
Publika.az "Financial Times" istinadən xəbər verir ki, söhbət Avropada fəaliyyət göstərən və illik gəliri 100 milyon avronu keçən bütün şirkətlərdən birdəfəlik illik vergi tutulmasından gedir. Hazırda həmin şirkətlər Korporativ Resurslar üçün Avropa (CORE) mexanizmi çərçivəsində illik 100 - 750 min avro arasında sabit ödəniş edirlər.
Yeni verginin yalnız ABŞ şirkətlərinə deyil, Aİ ərazisində fəaliyyət göstərən bütün iri şirkətlərə şamil ediləcəyi bildirilir.
Məlumata görə, Brüssel bu addımla gəlirləri artırmağa çalışarkən Vaşinqtonun sərt reaksiyasından yayınmağa ümid edir. Belə ki, ABŞ Prezidenti Donald Tramp iyunda ABŞ şirkətlərinə rəqəmsal xidmət vergisi tətbiq edən ölkələrin mallarına 100 faizlik gömrük rüsumu tətbiq edə biləcəyi ilə hədələmişdi.
Bundan əvvəl Aİ ölkələrinin onlayn kazinolara tətbiq ediləcək yeni vergidən 13 milyard avro gəlir əldə etməyə ümid etdiyi açıqlanmışdı. Bu, Aİ-nin 2028-2034-cü illər büdcəsi ətrafında davam edən fikir ayrılıqlarının həlli yollarından biri kimi nəzərdən keçirilir.
Bundan başqa, Avropa Komissiyası iri texnologiya şirkətlərinin gəlirlərinə 3 faizlik vergi və kriptovalyuta əməliyyatlarına vergi tətbiqini də müzakirə edir.
Müəllif: Adəm
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı














.jpg)




.jpg)





.jpg)










