Dünya
Britaniyanın “Qalxanı” Rusiyaya qarşı işləməyəcək - Sərt xəbərdarlıq
Britaniya mühafizəkarlarının Rusiyadan mümkün hava hücumlarına qarşı hazırlamağı təklif etdiyi “Britaniya Qalxanı” müdafiə sistemi ölkəni potensial təhlükədən qoruya bilməz.
Publika.az xəbər verir ki, bu barədə "The Spectator" nəşrində köşə yazarı Con Pauer yazıb.
O, Mühafizəkarlar Partiyasının lideri və rəsmi müxalifətin rəhbəri Kemi Badenokun 10 milyard funt sterlinq dəyərində müdafiə sistemi yaratmaq təşəbbüsünü qiymətləndirib.
Müəllifin fikrincə, layihə daha çox siyasi gediş və xarici konsepsiyaların Britaniyanın real hərbi çağırışlarına uyğunlaşdırılmadan kopyalanması təsiri bağışlayır. Onun sözlərinə görə, ölkə Rusiya ilə mümkün hava qarşıdurmasına kifayət qədər hazır deyil.
Pauer qeyd edib ki, Londonun məhdud sayda esmines, zenit-raket sistemləri və azsaylı qırıcı təyyarələrdən ibarət arsenalı Britaniyanı ciddi dərəcədə müdafiəsiz vəziyyətdə qoyur. O, Rusiyanın uzaqmənzilli qanadlı və ballistik raketlərə, o cümlədən səs sürətindən 10 dəfə sürətli döyüş başlıqlarına malik “Oreşnik” silahına sahib olduğunu vurğulayıb.
Müəllif hesab edir ki, belə şəraitdə Britaniya bahalı müdafiə “qübbələri” yaratmaq illüziyasından əl çəkməli və diqqəti özünün zərbə potensialının gücləndirilməsinə yönəltməlidir.
Müəllif: Adəm
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı













.jpg)





.jpg)





.jpg)










