Dünya
Təyyarənin qapısını açmağa çalışdı - Göydə əlbəyaxa oldular
Boqotadan Frankfurta uçan "Boeing 787" təyyarəsində 33 yaşlı sərnişin qapını açmağa çalışıb.
Publika.az xəbər verir ki, hadisə təyyarə 9 kilometrdən çox yüksəklikdə olarkən baş verib. Kişi qəfil yerindən qalxaraq təyyarənin qapısına yaxınlaşıb və onu açmaq istəyib. Ekipaj üzvləri sərnişindən hərəkətlərini dayandırmasını tələb etsələr də, o, buna məhəl qoymayıb.
Vəziyyət qısa müddətdə əlbəyaxa qarşıdurmaya çevrilib. Bort bələdçiləri kişini qapıdan uzaqlaşdırmağa çalışıb, onlara iki sərnişin də kömək edib. Birgə səylər nəticəsində 33 yaşlı kişi zərərsizləşdirilib və uçuşun sonuna qədər nəzarətdə saxlanılıb.
Təyyarə marşrutunu dəyişmədən Frankfurt hava limanına enib. Enişdən sonra sərnişin polis tərəfindən saxlanılıb və vəziyyətinə görə psixiatriya klinikasına yerləşdirilib.
Hadisə ilə bağlı hava nəqliyyatının təhlükəsizliyinə təhdid yaratmaq şübhəsi ilə cinayət işi başlanıb.
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı














.jpg)




.jpg)





.jpg)










