Rusiyanı vəba bürüyür, dünyanı xof basır: Necə yayılır?
Bizi izləyin

Dünya

Rusiyanı vəba bürüyür, dünyanı xof basır: Necə yayılır?

Rusiyanı vəba bürüyür, dünyanı xof basır: Necə yayılır?

Rusiyanın Sibir bölgəsində yerləşən İrkutsk şəhərində vəba şübhəsi olan bir şəxsin həyatını itirməsi dünyada narahatlıq yaradıb. Bir sıra ölkələr mümkün epidemiya ilə bağlı nəzarət tədbirlərini gücləndirərkən, mütəxəssislər vəbanın COVID-19 kimi sürətlə yayılmadığını bildirirlər.

Publika.az xəbər verir ki, bu barədə “Milliyet” məqalə dərc edib.

Məlumata görə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) hadisənin yaxından izlənildiyini, lakin yoluxma ilə bağlı məlumatların hələ tam təsdiqlənmədiyini açıqlayıb. ABŞ-ın Moskvadakı səfirliyi bölgədəki vətəndaşlarına yerli səhiyyə orqanlarının tapşırıqlarına əməl etməyi tövsiyə edib.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə məsələni müzakirə edəcəyini bildirib. Avropa İttifaqı da vəziyyətlə bağlı təcili iclas keçirməyi planlaşdırır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus isə Rusiya səhiyyə orqanları ilə əlaqələrin davam etdiyini və ölkədən əlavə məlumat tələb olunduğunu bildirib.

Türkiyəli infeksion xəstəliklər üzrə mütəxəssis Serap Şimşək Yavuz bildirib ki, ÜST hələ epidemiya elan etməyib. Onun sözlərinə görə, vəba COVID-19 kimi yayıla bilməz və xəstəliyin müalicəsi mövcuddur.

Mütəxəssis Demet Yalçın da qeyd edib ki, vəba tənəffüs yolu ilə yayılan ciddi infeksiyadır. Lakin yoluxma adi soyuqdəymə və ya qrip kimi asanlıqla baş vermir. Əsas risk yoluxmuş şəxsin öskürək və tənəffüs ifrazatları ilə yaxın təmas zamanı yaranır.

Mütəxəssislər bildirib ki, riskli ərazidə olmuş və şübhəli şəxslə yaxın təmasdan sonra qızdırma, güclü halsızlıq, öskürək və ya nəfəs darlığı yaranan şəxslər mütləq həkimə müraciət etməlidirlər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm