Maqnit fırtınalarının GPS-ə təsiri: Nəticəsi dəhşətli ola bilər
Bizi izləyin

Dünya

Maqnit fırtınalarının GPS-ə təsiri: Nəticəsi dəhşətli ola bilər

Maqnit fırtınalarının GPS-ə təsiri: Nəticəsi dəhşətli ola bilər

Güclü maqnit fırtınaları Qlobal Mövqeləndirmə Sistemində (GPS) pozuntulara səbəb ola bilər.

Publika.az xəbər verir ki, bunu Yer Maqnetizmi, İonosfer və Radio Dalğalarının Yayılması İnstitutunun baş tədqiqatçısı Nataliya Şlik “RİA Novosti”yə bildirib.

"Kiçik bir maqnit fırtınası santimetrlərlə mövqe sapmalarına səbəb ola bilər, güclü bir fırtına isə nöqtəni onlarla metr yer dəyişməyə vadar edər ki, bu da ən dəhşətli nəticələrə səbəb ola bilər", - alim deyib.

Şlik dəqiq kosmik hava proqnozunun vacibliyini qeyd edib.

Mart ayında COMSPOC nümayəndəsi Dan Oltroqqe “SpaceNews”a verdiyi açıqlamada kosmik hava proqnozlarındakı qeyri-müəyyənliklər səbəbindən peyk yerləşdirməsindəki səhvlərin minlərlə kilometrə çatdığını bildirmişdi.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm