Dünya
Kobaxidze qəzəbləndi: Allah eləməsin bu məsələdə onları qabaqlayaq
Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukrayna və Moldovanın ölkəsini yalnız mənfi göstəricilərdə qabaqladığını bildirib.
Publika.az xəbər verir ki, Kobaxidze bu barədə Avropa Komissiyasının Ukrayna, Moldova, Albaniya və Monteneqro ilə bağlı genişlənmə prosesinə dair hazırlıq sənədlərini təsdiqləməsini şərh edərkən danışıb.
Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Gürcüstanın hazırda yalnız kağız üzərində namizəd olaraq qaldığını və ölkəni Moldova və Ukraynanın səviyyəsində görmək istədiyini bildirib.
Kobaxidze isə bu fikrə münasibət bildirərək deyib: “Əgər Moldova və Ukrayna hansısa məsələdə Gürcüstanı qabaqlayırsa, bu, yalnız mənfi göstəricilərə görədir. Allah eləməsin ki, bu məsələdə Moldovanı və Ukraynanı qabaqlayaq. Bizim öz yolumuz var. Bu yol sülh və iqtisadi inkişaf yoludur və biz mütləq bu istiqamətdə davam edəcəyik”.
Baş nazir Avropa Komissiyasından Gürcüstana münasibətdə “ədalətli, düzgün və sağlam yanaşma” gözlədiklərini vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan Assosiasiya Sazişi üzrə öhdəliklərin 90 faizini yerinə yetirib və Avropaya inteqrasiya kursunu davam etdirir.
Kobaxidze qeyd edib ki, Avropa Komissiyası Gürcüstana sağlam yanaşma nümayiş etdirərsə, Avropaya inteqrasiya prosesi maneəsiz şəkildə davam edə bilər.
Müəllif: Adəm
-
Nida Xəbər 15:46Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın




















.jpg)














