Dünya
Qonşusunun evini yandırdı: Səbəbi polisləri təəccübləndirdi
Yaponiyanın İsəsaki şəhərində 51 yaşlı kişi qonşusunun boş evini yandırmaqda şübhəli bilinərək saxlanılıb. O, törətdiyi əməli etiraf edərək bunu stressdən qurtulmaq üçün etdiyini deyib.
Publika.az xəbər verir ki, bu barədə "TV Asahi" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Araşdırmaya görə, 2026-cı ilin mayında Arai soyadlı kişi yaşadığı evin yaxınlığındakı ərazidə toplanmış quru yarpaqları yandırıb. Alov yaxınlıqdakı boş binaya keçərək yanğına səbəb olub.
Polis şübhəlinin izinə başqa bir yanğınla bağlı araşdırma zamanı düşüb. Arai sentyabrda eyni ərazidə yerləşən Ota şəhərində kənd təsərrüfatı sahəsini yandırmaq şübhəsi ilə də saxlanılıb.
Dindirmə zamanı onun verdiyi məlumatlar İsəsaki şəhərində may ayında baş verən yanğınla bağlı da araşdırma aparılmasına səbəb olub. Arai qonşu evin yaxınlığında yanğın törətdiyini etiraf edib və bunu yığılan gərginlikdən xilas olmaq cəhdi kimi izah edib.
Polis, həmçinin il ərzində Arainin yaşadığı ərazinin yaxınlığında baş verən daha üç yanğını araşdırır. Lakin onun həmin hadisələrə də aidiyyəti olduğunu təsdiqləyən sübutlar hələlik təqdim edilməyib.
İstintaq davam edir.
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?



















.png)


















