Dünya
Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
Avropa İttifaqında (Aİ) qaz ehtiyatlarının azalması bu qış üçün ciddi enerji böhranı riski yaradıb.
Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, Aİ bu qış 14 milyard kubmetrə qədər təbii qaz çatışmazlığı ilə üzləşə bilər. Bu, ittifaqın ümumi tələbatının təxminən 7 faizinə bərabərdir və 10-12 milyon ev təsərrüfatının elektrik enerjisi ilə təminatına uyğun həcmdir.
Nəşr qeyd edib ki, Aİ-də qaz anbarlarının doluluq səviyyəsi 2011-ci ildən bəri ən aşağı həddə enərək 70 faizdən bir qədər çox olub. İranda müharibə səbəbindən tədarükün məhdudlaşması və qaz qiymətlərinin yüksək qalması vəziyyəti daha da çətinləşdirir.
Qarşıdan gələn qış ötənilki kimi soyuq keçərsə, Avropa qaz çatışmazlığı ilə üzləşə bilər. Bu isə ölkələri dünya bazarlarından daha baha qiymətə qaz almağa, alternativ tədarüklər tapılmadıqda isə istehlakı məhdudlaşdırmağa məcbur edə bilər. Nəticədə əhali üçün elektrik enerjisi xərclərinin artması ehtimalı da yüksəlir.
Müəllif: Roza
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz
-
Dünya04:44Suyun altında dava düşdü - VİDEO
-
İdman02:12Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" isə...
-
Magazin201:11Məşhur müğənninin model sevgilisi dərin dekolteli libasda - FOTO





















.jpg)



.jpg)








.jpg)

