Nida Təhlil
Ərdoğan Bakıya gəlir – Səfərin arxasında hansı planlar dayanır?
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttində yaşanan son gərginliklər baxımından fərqlənir.
Gərginlik səngisə də, tamamilə aradan qalxdığını demək çətindir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Ankara zirvəsinə getməməsi bunu deməyə əsas verir. Ərdoğanın Azərbaycana səfərlə bağlı verdiyi açıqlamasında “Türkiyə və Azərbaycan arasındakı qardaşlığın aşa bilməyəcəyi heç bir maneə yoxdur” sözləri də problemlərin olduğuna işarə edir.
Buradan iki nəticə çıxarmaq olar.
1. Əliyev Ankaraya getməməklə Türkiyədə son illər Azərbaycana qarşı artan xətlə davam edən hücumlar qarşısında konkret mövqe sərgilədi: bunu Azərbaycanın “qırmızı xətləri”nin nümayiş etdirilməsi kimi də qəbul edə bilərik.
2. Ərdoğan Bakıya gəlməklə Azərbaycanla yaranmış gərginliyin tamamilə aradan qaldırılmasında maraqlı olduğunu nümayiş etdirir.
Artıq səfərlə bağlı diplomatik təmasların olduğu məlumdur. Ərdoğan MİT və XİN rəhbərlərini Bakıya göndərdiyini, Əliyevlə telefon danışıqlarının olduğunu bildirib. Hadisələrin inkişafı, regiondakı proseslər və bu diplomatik trafik fonunda istisna edilməməlidir ki, Bakı-Ankara xəttindəki gərginliyin daha dərin qatları var. Bunu da yalnız liderlər müzakirə edə, ortaq mövqelər tapa bilər. Ərdoğanın Bakı səfəri bu baxımdan əhəmiyyətli olacaq.
Asif Nərimanlı
-
Cənubi Qafqaz15:55İrəvanda bu ermənilərin posportuna “Azərbaycan” yazıldı: Artıq dəyişməyəcək
-
Region14:22Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda
-
Hadisə14:06Azərbaycanda tiktoker qadın saxlanıldı
-
Nida Xəbər 12:30Zəngəzur dəhlizində tikinti başladı, ABŞ-dan reaksiya gəldi: Geniş türk dünyası ilə...
-
İdman12:24Dünyanın ən seksual futbolçusunun xəz paltoda cazibədar - FOTOLARI
-
İdman12:00"Sabah" - "Barselona" oyununda evlilik təklifi - VİDEO
-
Dünya11:18Siyasi strateq qiymətləndirdi: Ukraynadan nə qalacaq? – 2029-cu ilə qədər...
-
İdman10:30Dambrauskasla Pokatilov arasında mübahisə: Məşqçi qapıçını nədə ittiham edir? - VİDEO



















_(1).jpg)


.jpg)





.jpg)










