Dünya
Ərdoğan bu böhran haqda xəbərdarlıq etdi: Nə ədalətlidir, nə də...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Sammitdə çıxış edərək müasir beynəlxalq sistemdə ciddi bir böhranın - legitimliyin, etibarın və nüfuzun itirilməsinin olduğunu bildirib.
Publika.az xəbər verir ki, Türkiyə lideri beynəlxalq hüququn faktiki olaraq tətbiq olunmadığını vurğulayıb:
"Beynəlxalq hüquq faktiki olaraq dayandırılıb. Beynəlxalq müqavilələr, demək olar ki, qüvvəsini itirib. Beynəlxalq məhkəmələrin qərarları da lazımınca yerinə yetirilmir".
Ərdoğanın sözlərinə görə, müəyyən qaydalar və prinsiplər üzərində qurulan beynəlxalq sistemin əsas məqsədi qlobal sülhü və təhlükəsizliyi təmin etməkdir.
Lakin bu məqsədə ədalət prinsipinə əməl etmədən nail olmaq mümkün deyil.
Ərdoğan mövcud sistemlə bağlı ciddi problemlərə - onun funksionallığını, təmsilçiliyini və legitimliyini itirdiyinə diqqət çəkib.
Türkiyə prezidenti xüsusilə BMT strukturuna diqqət yetirib. O, Təhlükəsizlik Şurasının veto hüququna malik beş daimi üzvünün qərarlarının bütün təşkilatın istiqamətini faktiki olaraq müəyyən etdiyi vəziyyətin ədalətsizliyini qeyd edib.
"Hamımız qəbul edirik ki, 190-dan çox BMT üzv dövlətinin iradəsinin veto hüququna malik cəmi beş üzvün qərarlarından asılı olduğu bir struktur nə ədalətli, nə də sağlamdır", - deyə Ərdoğan vurğulayıb.
Müəllif: Tural
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...





















.png)













.jpg)