Maduro və həyat yoldaşı hakim qarşısında: İttihamları rədd etdilər
Bizi izləyin

Dünya

Maduro və həyat yoldaşı hakim qarşısında: İttihamları rədd etdilər

Maduro və həyat yoldaşı hakim qarşısında: İttihamları rədd etdilər

ABŞ-ın yanvarın 3-də həyata keçirdiyi hərbi müdaxilə nəticəsində saxlanılan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores Nyu-Yorkda hakim qarşısına çıxıblar.

Publika.az xəbər verir ki, bu barədə “AP News” məlumat yayıb.

Bildirilib ki, Maduro məhkəmə iclasında barəsində irəli sürülən bütün ittihamları rədd edib. İttiham aktında onun Venesuelada vəzifədə olduğu dövrdə bəzi şəxslərə işgəncə verilməsi barədə göstərişlər verdiyi iddia olunur.

Silia Flores də son illərdə Venesuelada saxlanılan ABŞ vətəndaşlarına və digər şəxslərə işgəncə verilməsi ilə bağlı ittihamları, eləcə də narkotik maddələr və silahlarla əlaqəli ittihamları qəbul etməyib. Onun ev dustaqlığına buraxılması ilə bağlı əvvəlki müraciəti də rədd edilmişdi.

Məhkəmə növbəti iclasın dekabrın 17-də keçiriləcəyini açıqlayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm