Qadınlar gedir, kişilər qalır: Tramp administrasiyasında nə baş verir?
Bizi izləyin

Dünya

Qadınlar gedir, kişilər qalır: Tramp administrasiyasında nə baş verir?

Qadınlar gedir, kişilər qalır: Tramp administrasiyasında nə baş verir?

ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik dövründə administrasiyada baş verən kadr dəyişiklikləri qadın rəhbər şəxslərə münasibətlə bağlı müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilib ki, administrasiyadan ayrılan yüksək vəzifəli şəxslərin əksəriyyəti qadınlardır. Bu ilin yazında Trampın kabinetində təmsil olunan Pam Bondi, Lori Çavez-DeRemer, Kristi Noem və Tulsi Qabbard üç ay ərzində istefa verib və ya vəzifəsindən uzaqlaşdırılıb. Onların tutduqları vəzifələrə isə kişilər təyin edilib.

Nəticədə Trampın kabinetindəki qadın vəzifəli şəxslərin sayı dördə düşüb. ABŞ-ın Afinadakı səfiri Kimberli Qilfoyl da barəsində səsləndirilən vəzifə səlahiyyətlərindən sui-istifadə iddialarından sonra istefa verməyə məcbur edilib.

Lakin bir sıra kişi rəsmilərlə bağlı qalmaqallara baxmayaraq, onların vəzifələrində qalması ikili standartlarla bağlı tənqidlərə yol açıb.

Belə ki, FBI direktoru Kaş Patel dövlət təyyarəsindən şəxsi məqsədləri üçün istifadə etməkdə və sevgilisinə mühafizə təmin etmək üçün xüsusi təyinatlı SWAT qrupunu cəlb etməkdə ittiham olunub. Müdafiə naziri Pit Heqset məxfi müharibə planlarını jurnalistin də olduğu mesajlaşma qrupunda paylaşıb. Ticarət naziri Hovard Lutnik isə Ədliyyə Nazirliyinin dərc etdiyi sənədlərdə Ceffri Epşteynin şəxsi adasına səfər edən şəxslər arasında yer alıb.

Buna baxmayaraq, sözügedən kişi rəsmilər öz vəzifələrində qalıblar.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm