Göldə faciə: Timsah 12 yaşlı məktəblini parçaladı
Bizi izləyin

Dünya

Göldə faciə: Timsah 12 yaşlı məktəblini parçaladı

Göldə faciə: Timsah 12 yaşlı məktəblini parçaladı

Şri-Lankada timsah 12 yaşlı məktəbliyə hücum edərək onu parçalayıb.

Publika.az xəbər verir ki, bu barədə Şri-Lankanın “Daily Mirror” nəşri məlumat yayıb.

Bildirilib ki, həyatını itirən uşaq səkkizinci sinifdə təhsil alırmış. Oktyabrın 23-də axşam saatlarında o, yaşlı bir qadının müşayiəti ilə Vambatuveva gölündə çimməyə gedib.

Hadisədən əvvəl oğlan suya batmış çimərlik pilləkənində oturub. Bu zaman göldə gizlənən timsah qəfil ona hücum edərək suyun altına çəkib.

Ətrafda yaşayan sakinlər bir neçə saat ərzində itkin düşən məktəblini axtarıblar. Nəticədə onun meyitini sudan çıxarmaq mümkün olub.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm