Nida Təhlil
Simayi Sərrafın utanmazlığı və İranda “azad təhsilin” dəhşətli reallığı
Azərbaycanda vahid məktəbli geyiminin tətbiq edilməsinə qarşı çıxan İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf “azərbaycanlı qızlara azad təhsil mühiti yarada biləcəklərini” iddia edib və onları İran universitetlərində qəbul etməyə hazır olduqlarını bildirib.
Bu, Azərbaycanın daxili işlərinə açıq müdaxilə cəhdidir, lakin təəccüblü deyil. Çünki İrandan Azərbaycana qarşı siyasətdə dinin alətə çevrilməsi ilk hal deyil. Simayi Sərrafın açıqlamasının isə konkret iki hədəfə hesablandığı aydın görünür.
Birincisi, Azərbaycanda dünyəvi təhsil sisteminə uyğun olan vahid məktəbli formasının tətbiqini kontekstdən çıxarmaq, məsələni dini müstəviyə köçürərək, manipulyasiya etməkdir.
İkincisi, bu məsələ üzərindən anti-Azərbaycan kampaniyanı aparmaq, dindar kəsimin inancından öz maraqları naminə istifadə etməkdir.
Amma və lakin, Hüseyn Simayi Sərrafın sözləri məşhur “utanmasan, oynamağa nə var ki?!” misalını yada salır. İranın dərdi həqiqətən təhsildirsə, o zaman, bu ölkədə 40 milyon azərbaycanlının ana dilində təhsil almaq hüququnu təmin etsin. Yüz ildir soydaşlarımız elementar ana dilində təhsil haqqını tələb edir, İran isə buna qarşı süngü ilə çıxır. İran həm də öz konstitusiyasına qarşı çıxır. Bu ölkənin ana qanunun 15-ci maddəsində etnik azlıqların ana dilində təhsil alması hüququ tanınır.
Bunu ettməyən İrandan Azərbaycanın dünyəvi təhsil sisteminə müdaxil cəhdinin bir adı var: utanmazlıq!
İran prezidenti Məsud Pezeşkian etnik azərbaycanlıdır və çıxışlarında dəfələrlə ana dilində danışır. Hətta o, seçki kampaniyasında konstitusiyanın etnik azlıqların ana dilində təhsilini nəzərdə tutan 15-ci maddəsinin praktiki icrası ilə bağlı vəd vermişdi. Hərçənd, İranın hərbi-siyasi rəhbərliyi buna imkan vermir.
Simayi Sərrafın “azad təhsil mühiti”nin olduğunu iddia etdiyi İranda hicab məcburiyyətinə qarşı çıxan məktəbli və universitet tələbəsi olan qızlar təhsil almaq hüququndan məhrum edilir, eləcə də müəllimlər dərsə buraxılmır. Yaxşı olar ki, İran başqa ölkələrin daxili işlərinə qarışmaqdansa, öz ölkələrində təhsildən tutmuş sosial-iqtisadi sferaya qədər bütün sektorlardakı problemlərlə məşğul olsunlar.
Yox, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə davam edəcəklərsə, adekvat addım bəllidir: Azərbaycan İranda hicab məcburiyyətinə görə təhsil hüququndan məhrum olmuş qızları öz məktəblərinə, universitetlərinə dəvət edə bilər.
Asif Nərimanlı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?













.jpg)




















