Dünya
Yunan generaldan Türkiyəyə təhdid: “Anlayacaqları şəkildə cavab verərik”
Yunanıstanın keçmiş Baş Qərargah rəisi Konstantinos Floros Türkiyəni hədəf alan sərt açıqlamalarla çıxış edib.
Publika.az xəbər verir ki, o, Yunanıstanın “ANT1” telekanalında yayımlanan proqramda Türkiyənin bölgədə gücünü getdikcə artırdığını bildirərək Ankaraya qarşı təhdid səsləndirib.
Floros Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin BMT Təhlükəsizlik Şurasında Türkiyə-Liviya razılaşması ilə bağlı çıxışını da şərh edib. O, baş nazirin Afinanın Ankara ilə bağlı “qırmızı xətlərini” beynəlxalq ictimaiyyətə çatdırdığını deyib.
“Ankara qətiyyətli mövqeyini hər dəfə dilə gətirir. Ancaq heç kimin şübhəsi olmasın ki, lazım gələrsə, sahədə onlara anlayacaqları şəkildə cavab verərik. Bunu da uğurla həyata keçirərik”, - deyə Floros bildirib.
Qeyd edək ki, Mitsotakis Türkiyə-Liviya razılaşmasını tənqid edərək BMT Təhlükəsizlik Şurasında iki ölkənin Yunanıstanı nəzərə almadan hərəkət etdiyini bildirib. O, tərəflərin Aralıq dənizində süni dəniz sərhədi yaratmağa çalışdığını iddia edib.
Müəllif: Roza
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı

















_(1).jpg)
















.jpg)
.jpg)
