ABŞ-da qəzaya uğrayan təyyarə ilə bağlı DETALLAR: Pilotun son sözləri yayıldı - VİDEO
Bizi izləyin

Dünya

ABŞ-da qəzaya uğrayan təyyarə ilə bağlı DETALLAR: Pilotun son sözləri yayıldı - VİDEO

ABŞ-da qəzaya uğrayan təyyarə ilə bağlı DETALLAR: Pilotun son sözləri yayıldı - VİDEO

Xəbər verdiyimiz kimi, ABŞ-ın Florida ştatının Qrinakres şəhərində "Learjet" biznes-jetinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub. Hadisə ilə bağlı başladılan araşdırmada dəhşətli detallar üzə çıxıb.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, qəzadan sonra yayımlanan hava hərəkətinə nəzarət qeydləri təyyarənin son dəqiqələrində yaşananları ortaya çıxarıb. Məlum olub ki, pilot Mayami Hava Hərəkətinə Nəzarət Mərkəzi ilə əlaqə saxlayaraq təyyarədə yüngül buzlanma və orta şiddətli turbulentlik olduğunu bildirib. Yağıntı səbəbindən daha yüksək hündürlüyə qalxmaq üçün icazə istəyən pilot qısa müddət sonra təyyarənin sürətlə hündürlük itirməsi səbəbindən fövqəladə vəziyyət elan edib.

Pilotun radio danışıqlarında “Dəqiqədə 8 min fut aşağı enirik. Kömək edin, kömək edin! Dəqiqədə 10 min fut aşağı enirik” dediyi eşidilib. İdarəetmənin itirildiyi son anlarda isə o, “Həddindən artıq sürətlə hərəkət edirik, dəqiqədə 20 min fut aşağı enirik. Yerə çırpılacağıq” sözlərini işlədib.

Təyyarənin “Military Trail” yolu yaxınlığına düşməsi nəticəsində ərazidə dərin çuxur yaranıb. Partlayış zamanı təyyarənin qalıqları geniş əraziyə səpələnib, yanğınlar baş verib və elektrik xətləri zədələnib. İlkin məlumatlara görə, yerdə olan şəxslər arasında ölən və ya yaralanan olmayıb.

Qəzadan sonra ətrafdakı evlərə və infrastruktura dəyən zərər səbəbindən genişmiqyaslı təxliyə həyata keçirilib. “Palm Beach County” bölgəsinin komissarı Coel Flores təxminən 600 nəfərin müvəqqəti sığınacağa ehtiyac duyduğunu açıqlayıb.

Qəza zamanı Floridanın cənubunda güclü yağış və fırtınaların təsirli olduğu müəyyənləşib. Təyyarənin hündürlüyünü itirməsindən bir neçə dəqiqə əvvəl güclü fırtına ocağından keçdiyi də bildirilir. Pilotun buzlanma və turbulentlik barədə məlumat verməsinə baxmayaraq, əlverişsiz hava şəraitinin qəzaya birbaşa səbəb olub-olmadığı araşdırılır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm