Danimarka razılıq verdi: ABŞ-ın Qrenlandiya planı təsdiqləndi
Bizi izləyin

Dünya

Danimarka razılıq verdi: ABŞ-ın Qrenlandiya planı təsdiqləndi

Danimarka razılıq verdi: ABŞ-ın Qrenlandiya planı təsdiqləndi

Danimarka parlamenti ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunu genişləndirməsini nəzərdə tutan təhlükəsizlik sazişini təsdiqləyib.

Publika.az yerli KİV-ə istinadən xəbər verir ki, sənədin ratifikasiyasına 109 deputat səs verib, əleyhinə çıxan olmayıb.

ABŞ, Danimarka və Qrenlandiya arasında üçtərəfli saziş sentyabrın 22-də imzalanıb. Razılaşmaya əsasən, Qrenlandiyanın cənubundakı Narsarsuaq və şərqindəki Mesterviq ərazilərində yeni ABŞ hərbi obyektləri yaradılacaq.

Saziş 1951-ci ildən qüvvədə olan adanın müdafiəsinə dair müqaviləni tamamlayır.

Qeyd edək ki, yeni razılaşma əvvəlki müqavilələrin əsas müddəalarını qorumaqla ABŞ-ın Arktikadakı hərbi mövcudluğunun genişləndirilməsini nəzərdə tutur.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm