Region
Paşinyan Azərbaycanla bağlı ittihamlara belə cavab verdi: 5 min nəfər ölə bilərdi
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədən sonra qoşunların geri çəkilməsi və Sünik istiqamətindəki mövqelərlə bağlı ittihamlara münasibət bildirib.
Publika.az xəbər verir ki, Paşinyan noyabrın 19-da keçirdiyi brifinqdə jurnalistin onun əvvəlki açıqlamaları arasında ziddiyyət olması barədə sualını cavablandırıb. Söhbət baş nazirin bir tərəfdən Sünikdən bir qarış torpağın belə verilmədiyini, digər tərəfdən isə qoşunların geri çəkilməsinə görə məsuliyyət daşıdığını bildirməsindən gedir.
Paşinyan bu fikirlər arasında ziddiyyət olmadığını iddia edib. O bildirib ki, Ermənistanın suveren ərazisindən qoşunların çıxarılması ilə bağlı heç vaxt göstəriş verməyib. Onun sözlərinə görə, hərbçilər Ermənistanın suveren ərazisindən deyil, Sünikin hüdudlarından kənarda yerləşdikləri mövqelərdən geri çəkiliblər.
Baş nazir qoşunların geri çəkilməməsi halında itkilərin daha ağır ola biləcəyini də vurğulayıb:
"Əgər geri çəkilməsəydilər, sizin gözlədiyiniz 5 min nəfərin ölümü baş verəcəkdi. Qərar verin, mən müharibəni dayandırmalı idim, ya yox?".
O, fikirlərinin sonunda seçkilərin nəticələrini xatırladaraq, xalqın ona səs verdiyini vurğulayıb.
Müəllif: Adəm
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun














.jpg)




.jpg)
















.png)