Dünya
2035-ci ilə qədər insan ömrünü qısaldacaq TƏHLÜKƏ: Həyəcan təbili çalındı
2035-ci ilədək dünyada gözlənilən ömür uzunluğu 1,8 il azala bilər.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin klinik mikrobiologiya və antimikrob rezistentlik üzrə baş mütəxəssisi Roman Kozlov xəbərdarlıq edib.
“Statistik məlumatlara əsasən, 2035-ci ildə gözlənilən ömür uzunluğu 1,8 il azala bilər. Bununla yanaşı, dünya üzrə səhiyyə sisteminin əlavə xərcləri təxminən 1 trilyon dollar təşkil edəcək”, - deyə ekspert bildirib.
Dərmanlara qarşı müqavimət qazanan mikroorqanizmlər həm infeksiyaların müalicəsini qəlizləşdirir, həm də tibbi xidmətlərin maliyyə yükünü ağırlaşdırır. Bundan əlavə, bu vəziyyət əhalinin əmək qabiliyyətinin itirilməsi təhlükəsi yaradır və iqtisadi risklərə səbəb olur.
Bundan əvvəl Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirmişdi ki, hazırda ömrü uzatmaq üçün universal dərman mövcud deyil. Bununla belə, bir çox ölkədə bu istiqamətdə fəal tədqiqatlar aparılır.
O, həmçinin ağır xəstəliklərin inkişafını gecikdirməyə və ya tamamilə qarşısını almağa imkan verən birbaşa üsulların mövcud olduğunu vurğulayıb. Nazir buna misal olaraq xroniki obstruktiv ağciyər xəstəliyini və ağciyər toxumasının fibrozunu göstərib.
Müəllif: Valeh
-
Nida Xəbər 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama













.jpg)






.jpg)
.png)
















.png)

