Region
Türkiyədə “Bayqaralar”a qarşı böyük əməliyyat: 101 nəfər saxlanılıb
Türkiyə ictimaiyyət arasında "Bayqaralar" kimi tanınan silahlı cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.
Xüsusi əməliyyat ölkənin 13 əyalətini əhatə edib. Qanunsuz fəaliyyətlə məşğul olan 138 şübhəli şəxs müəyyən edilib. Hüquq-mühafizə orqanları 135 ünvanda axtarış aparıb və həbslər həyata keçirib. Əməliyyat nəticəsində 101 nəfər saxlanılıb, daha 37 nəfər axtarışdadır, onlardan 23-ü, müstəntiqlərin fikrincə, xaricdə gizlənir.
İstintaqa Adana Prokurorluğu rəhbərlik edir. Müstəntiqlərin sözlərinə görə, qrup üzvləri iş adamlarından silahla pul tələb ediblər və imtina etdikləri təqdirdə onların bizneslərinə silahlı hücumlar ediblər.
Bundan əlavə, müstəntiqlər hesab edirlər ki, iş üzrə təqsirləndirilən şəxslər bir sıra ağır cinayətlərdə, o cümlədən qəsdən adam öldürmə və bədən xəsarəti yetirmə; soyğunçuluq; silah tətbiq etməklə hədələmə; və qanunsuz azadlıqdan məhrum etmədə iştirak edirlər.
Qalan 37 təqsirləndirilən şəxsin yerinin müəyyən edilməsi və saxlanılması üzrə işlər davam edir.
Müəllif: Tural
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO





















.png)















.png)
