Paşinyan müxalifətə müraciət etdi: Bunu etsəniz, namizəd olmayacağam
Bizi izləyin

Region

Paşinyan müxalifətə müraciət etdi: Bunu etsəniz, namizəd olmayacağam

Paşinyan müxalifətə müraciət etdi: Bunu etsəniz, namizəd olmayacağam

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 20-də Milli Assambleyanın 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirilməsi təklifini bir daha irəli sürüb.

Publika.az news.am-a istinadən xəbər verir ki, Paşinyan müxalifətə bunun üçün zəruri olan 6 səsi təmin etməsini təklif edib.

“Bu halda referenduma gedəcəyik. Rəsmi şəkildə bəyan edirəm: əgər xalq yeni Konstitusiyaya qarşı səs verərsə, yəni arqumentlərim ictimaiyyətimizi inandıra bilməzsə, referendumun nəticələri rəsmi dərc olunduqdan sonra bir həftə ərzində istefa verəcəyəm.

Həmçinin rəsmi şəkildə bəyan edirəm ki, əgər xalq Konstitusiyanın lehinə səs verərsə, növbəti seçkilərdə – istər növbəti, istərsə də növbədənkənar seçkilərdə – baş nazir vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm”, - deyə Ermənistanın baş naziri bildirib.

Bununla yanaşı, Paşinyan müxalifətin bu təklifi, böyük ehtimalla, qəbul etməyəcəyini qeyd edib:

“Amma hər halda bu təklifi açıq saxlayacağam. Bu, qüvvədə olan açıq təklifdir və onu müxalifətin son vaxtlar müxtəlif məsələlərlə bağlı irəli sürdüyü arqumentlər kontekstində nəzərdən keçirmək istəyirəm. Bu insanlar əslində nə deyirlər? Onlar 2026-cı ilin iyununda keçirilən seçkilərin nəticələrini şübhə altına almaq istəyirlər”.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm