Danimarka Rusiya hərbi attaşesini ölkədən çıxarır - Avropaya vizalarla bağlı çağırış
Bizi izləyin

Dünya

Danimarka Rusiya hərbi attaşesini ölkədən çıxarır - Avropaya vizalarla bağlı çağırış

Danimarka Rusiya hərbi attaşesini ölkədən çıxarır - Avropaya vizalarla bağlı çağırış

Danimarka Rusiya hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen TV2 telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Rusiya səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata ölkəni tərk etməsi üçün 7 gün vaxt verilib.

Rasmussen Rusiya vətəndaşlarına zəruri olmayan vizaların verilməsinin dayandırılacağını bildirib. O, digər Avropa ölkələrini də bu addımı atmağa çağırıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Moskvanın bu qərara cavab verəcəyini açıqlayıb. O, Danimarkanın qərarına əsas kimi göstərilən məlumatları saxta adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm