Putin Çindən bu ölkəyə getdi
Bizi izləyin

MDB

Putin Çindən bu ölkəyə getdi

Putin Çindən bu ölkəyə getdi

Rusiya Prezidenti Vladimir Putin Tacikistana işgüzar səfər edib.

Publika.az xəbər verir ki, səfər çərçivəsində o, ölkə Prezidenti Emoməli Rəhmonla danışıqlar aparacaq.

Rusiya Prezidenti Tacikistanın paytaxtı Düşənbəyə Çinin Şençjen şəhərindən gəlib. O, Çində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatının (ASİƏT) sammitində iştirak edib, həmçinin Çin Xalq Respublikasının və ABŞ-ın liderləri Si Cinpin və Donald Trampla üçtərəfli görüş keçirib. Sammit çərçivəsində Putin bu liderlərin hər biri ilə ayrıca danışıqlar aparıb və digər beynəlxalq təmaslarda da iştirak edib.

Gözlənilir ki, Putinin Tacikistana səfəri zamanı Rusiya-Tacikistan strateji tərəfdaşlığının və əməkdaşlığının gələcək inkişafı müzakirə olunacaq. Rusiya Prezidentinin sözlərinə görə, o, Rəhmonla təhlükəsizlik məsələlərini, ticarət-iqtisadi əlaqələri və iki ölkənin perspektivli iri birgə layihələrini müzakirə etməyi planlaşdırır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm