Dünya
Çin 3 türkü edam etdi
Ötən il Çinin cənubunda bir qatar stansiyasında həyata keçirilən və 31 nəfərin öldüyü hücuma görə ittiham olunan 3 uyğur türkü edam edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kunming şəhərinin Xalq Məhkəməsi ötən ilin oktyabr ayında Yunnan vilayətinin Ali Xalq Prokurorluğu tərəfindən edamı təsdiqlənən İskəndər Ehet, Turgun Tohtunyaz və Həsən Məhəmmədin ölüm cəzasının icra olunduğunu açıqlayıb.
Hücuma görə ittiham olunan digər şübhəli Patigül Tohti isə ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Yunnan vilayətinin Kunming şəhərində ötən il əllərində bıçaqlar olan bir qrup qatar stansiyasına hücum edib. Nəticədə 31 nəfər ölüb, 141-i yaralanıb. Çin hadisəni “terror hücumu” olaraq xarakterizə edib.
Ömər Dağlı
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq


































