Finlandiya naməlum sualtı obyektə dərinlik bombası atıb
Bizi izləyin

Dünya

Finlandiya naməlum sualtı obyektə dərinlik bombası atıb

Finlandiyanın hərbi dəniz qüvvələri ölkənin paytaxtı Helsinki şəhəri yaxınlığında Fin körfəzi sularında sualtı müşahidə sistemi tərəfindən naməlum sualtı obyektin aşkar olunduğunu bildiriblər.

Obyektə dərinlik bombasının partladılması ilə xəbərdarlıq edilib.İlk dəfə obyekt bu rayonda aprelin 27-də aşkar edilib. Çərşənbə axşamına keçən gecə o, təkrarən müəyyən edilib. Gecə saat üçdə finlər dərinlik bombası partladıblar. Finlandiyanın “Yle” milli teleradio verilişləri şirkətinin portalı xəbər verir ki, münaqişə ilə əlaqədar araşdırma aparılır.

Hərbi dəniz qüvvələri operativ qərargahının rəisi, birinci dərəcəli kapitan Olavi Yantunen konkret hansı obyektdən söhbət getdiyini dəqiqləşdirməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm