Dünya
Növbəti ABŞ prezidentini Pitbull müəyyənləşdirəcək
Amerikalı reper Pitbull 2016-cı ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir göstərə bilər.
Publika.az TMZ portalına istinadən xəbər verir ki, bu barədə Florida ştatının keçmiş qubernatoru və kiçik Corc Buşun qardaşı Ceb Buş deyib.
Portalın jurnalistlərindən biri Ceb Buşdan beysbol matçına kiminlə getmək istədiyini soruşub. O, əvvəlcə Teodor Ruzveltin (ABŞ-ın 26-cı prezidenti) adını çəkib. ABŞ prezidentliyinə mümkün namizədlərdən hesab olunan Ceb Buş daha sonra seçicilərin səslərini cəlb etmək üçün reperlə beysbol matçına getmək arzusunu ifadə edib.
Portalın məlumatına görə, demokratlar və respublikaçılar reperi seçki kampaniyasına cəlb etmək üçün mübarizə aparırlar. Prezidentin seçilməsi üçün əsas ştatlardan biri hesab olunan Florida ştatındakı seçicilərə musiqiçinin böyük təsirinin olduğu bildirilir. Xüsusilə də onun Latın Amerikadan köçən əhalinin səslərinin qazanılmasına təsir imkanlarının güclü olduğu ehtimal olunur.
Ceb Buş seçkilərdə iştirak etmək niyyətini hələ konkretləşdirməyib. Respublikaçılar Partiyasından isə senatorlar Ted Kruz və Rend Pol prezidentliyə namizəd olacaqlarını rəsmən elan ediblər. Respublikaçılar Partiyasından həmçinin Nyu-Cersi ştatının qubernatoru Kris Kristi, senatorlar Lindsi Qrem və Marko Rubionun namizəd olacağı gözlənilir.
Sosialist senator Berni Sanders də seçkilərdə Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq niyyətindədir. Sosialist senatorun potensial rəqibi Hillari Klinton isə Demokrat Partiyasından seçkilərdə iştirak etmək niyyətini aprelin 12-də bəyan edib. ABŞ prezidenti Barak Obama da Klintonun “əla prezident” olacağını deyib.
Ömər Dağlı
-
Magazin107:17Bu gün 25 dərəcə isti olacaq
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı












.jpg)









.png)





