Nida Təhlil
Avropada korrupsiya şəbəkəsi və Azərbaycana qarşı qərəzli iddialar - Bakıdan sərt reaksiya
Son günlər Avropa siyasi dairələrinə aid olduğu iddia edilən bir video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda BMT Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və onun oğlu Tomas Moreno Okamponun səsləndirdiyi fikirlər fonunda Avropa İttifaqının ali strukturları, xüsusilə Avropa Komissiyasının sədri Ursula von der Lyayen, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə keçmiş ali nümayəndəsi Cozep Borrell, eləcə də Avropa Parlamenti çərçivəsində fəaliyyət göstərən mexanizmlərdən siyasi təsir vasitəsi kimi istifadə oluna biləcəyi ilə bağlı iddialar yer alır.
Görüntülərdə həmçinin Cənubi Qafqaz gündəmi, Azərbaycanla bağlı məsələlər və Ermənistan ətrafında cərəyan edən proseslər fonunda Avropa institutlarının qərarvermə mexanizmlərinə təsir imkanlarından bəhs olunduğu iddia edilir. Eyni zamanda, Ermənistanın daxili siyasi vəziyyəti, baş nazir Nikol Paşinyan ətrafında gedən müzakirələr və regiondakı proseslərin istiqamətinə dair səsləndirilən fikirlər də diqqət çəkir.
Politoloq Oqtay Qasımov mövzunu Publika.az-a şərh etdi.
Bu, yeni yaranmış sistem deyil
Politoloq dedi ki, Avropa strukturlarının tərkibində fəaliyyət göstərən xeyli sayda məmur və siyasətçinin korrupsiya və rüşvət müqabilində lobbiçilik etdiyi və müxtəlif ölkələrin, qrupların maraqlarını güddüyü sirr deyil. O vurğuladı ki, bununla bağlı zaman-zaman Avropa mediasında məsələlər qaldırılıb və eyni zamanda bəzi deputatların səlahiyyətlərinin dayandırılması halları da müşahidə olunub.
Oqtay Qasımov qeyd etdi ki, keçmiş cinayət məhkəməsinin prokuroru Okamponun və oğlunun yaratdığı şirkət ətrafında da müzakirələr yaranıb: "Həmin struktura lobbiçilik fəaliyyəti ilə bağlı müxtəlif şəxslərin cəlb olunması, xüsusilə də Avropa Komissiyasının keçmiş rəhbəri, təhlükəsizlik üzrə komissarı Cozep Borrellin adının çəkilməsi məsələyə yeni çalarlar gətirib. Bu cür öz vicdanını satmış siyasətçilər pul müqabilində müxtəlif rollara girə bilirlər".

Anti-Azərbaycan mövqeyi uzun illərdir davam edir
Politoloq bildirdi ki, Cozep Borrellin son beş ildə Azərbaycana qarşı apardığı əks-təbliğat və qərəzli mövqe diqqətdən yayınmayıb: "Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bu yanaşmaya etirazını ifadə edib".
Bu çağırışlar davam edəcək
Qasımov qeyd etdi ki, sözügedən məsələlər Azərbaycan üçün yeni deyil və Avropa strukturlarında uzun illərdir kök salmış bir tendensiyanın tərkib hissəsidir. Onun sözlərinə görə, Niderland və Belçika parlamentlərində qəbul edilən Azərbaycana qarşı qətnamələr, eləcə də Avropa Parlamentində bəzi dairələrin mövqeləri bu qərəzli yanaşmanın göstəricisidir.
Diplomatik və informasiya imkanları genişləndirilməlidir
Politoloq vurğuladı ki, Azərbaycan diplomatik səylərini, eləcə də informasiya və təbliğat imkanlarını daha da genişləndirməlidir: "Bu cür iddialara vaxtında və əsaslandırılmış cavablar verilməlidir. Qlobal sistemin işləmə mexanizmi də bəzən bu reallıqları özündə ehtiva edir. Avropa strukturlarında bürokratikləşmə və korrupsiya elementləri uzun illərdir formalaşmış bir sistemin göstəricisidir".
Sonda isə politoloq bildirdi ki, Avropa ölkələri ilə Azərbaycanın münasibətləri inkişaf edir və son dövrlərdə bir neçə Avropa ölkəsi liderinin Azərbaycana səfərləri də bu əlaqələrin genişlənməsinə verilən önəmin göstəricisidir.
Müəllif: Adəm Abbaslı
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü



































