Dünya
Paris Kuba uğrunda savaşa qoşuldu
Fransa prezidenti Fransua Olland Kubaya səfər edib.
Publika.az “France-Press” agentliyinə istinadən xəbər verir ki, Olland birgünlük səfəri çərçivəsində kubalı həmkarı Raul Kastro ilə görüşəcək.
Fransua Olland 100 ildən çox bir müddətdə ada dövlətinə səfər edən ilk Fransa prezidenti olub. Fransa prezidentinin Havanaya səfəri ABŞ və Kuba arasında münasibətlərin normallaşmağa başlamasından sonra reallaşması diqqət çəkir.
Fransa prezidenti bildirib ki, ölkəsi çoxillik iqtisadi blokadadan əziyyət çəkən Kuba iqtisadiyyatına yardım edəcək.
Xatırladaq ki, ABŞ və Kuba bir neçə on il davam edən qarşıdurmadan sonra 17 dekabr 2014-cü ildə münasibətləri bərpa etmək barədə niyyətini elan ediblər. ABŞ 1959-cu il Kuba inqilabı və Fidel Kastronun hakimiyyətə gəlməsindən sonra Kubaya ticarət embarqosu tətbiq edib. 1961-ci ildən isə Vaşinqton Havana ilə diplomatik münasibətləri kəsib.
Kuba lideri Raul Kastro isə Böyük Vətən Müharibəsində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvanın Qızıl Meydanında keçirilən paradda iştirak edərək hələlik Rusiyaya güvəndiyini nümayiş etdirib.
Ömər Dağlı
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO





















.webp)










