Dünya
Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olarsa...
Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olandan sonra Dağlıq Qarabağ məsələsinin həlli mümkün ola bilər. Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı hərbi ekspert Aleksandr Sobyanin erməni portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Qarabağ münaqişəni hərbi yolla həll eləmək imkanına malik deyil. “Rusiya üçün müharibə - yasaqlanmış üsuldur. Biz 2008-ci il avqustun 8-dək Gürcüstanın ərazi bütövlüyünü tanıyırdıq. Ancaq Tiflisin Cənubi Osetiyaya birbaşa müdaxiləsindən sonra hər şey dəyişdi. İstənilən halda müharibənin təzədən qızışması Moskva üçün yolverilməzdir, çünki sən başqa fikirdə, düşmən münasibətlərdə ola bilərsən, ancaq insanları öldürməyə haqqın yoxdur” – deyib ekspert.
Sobyanin fikrincə, Türkiyə NATO üzvü olduğu üçün Azərbaycanla strateji müttəfiqlikdən ötrü alyansın bütün üzvlərinin razılığını almalıdır. “Rusiya isə həm Türkiyə, həm də Azərbaycanla əməkdaşlıq qurub. Ancaq Kremlin strateji əməkdaşlığı yalnız Ermənistanladır. Və istisna deyil ki, müharibə variantında Rusiya KTMT çərçivəsində müdaxilə eləsin” - əlavə edib hərbi analitik.
-
MDB15:47Məşhur italiyalı yazıçı Moskvanı ağız dolusu təriflədi: Gördüyüm ən müasir şəhərdir!
-
MDB15:38Rusiyadan növbəti nüvə təhdidi: "Səbrimiz sonsuz deyil!"
-
Magazin114:27Roza Zərgərli: Onlar mənim simamda Azərbaycan mədəniyyətini salamlayırlar
-
MDB14:00Ukrayna Kurtovkanı belə itirdi - VİDEO
-
Ekologiya12:42Sabahın hava proqnozu açıqlandı
-
Yaxın Şərq12:08İranın Xark adasında partlayışlar eşidilir
-
İdman11:00Günün oyunları - AFİŞA
-
MDB09:38Ukraynanın metallurgiya zavodları vuruldu

















.png)

















