Dünya
Saakaşvili ona qarşı çıxan prokuroru işdən qovdu
Ukraynanın İvano-Frankovski vilayətinin prokuroru İqor Nastasyak istefaya göndərilib.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə “Facebook”dakı səhifəsində Baş prokurorun müavini David Sakvarelidze yazıb.
“İvano-Frankovsk bu gün prokuror-mütəfəkkirsiz qaldı. Əvəzsiz itki...:)”, - Sakvarelidze yazıb.
İqor Nastasyakın istefaya göndərilməsinin Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlılığının olduğu ehtimal edilir. Keçmiş prokuror daha əvvəl Saakaşvilini tənqid edib. “Qubernator özü ilə vilayətə milis rəisi gətirir. O, Ukrayna dilində heç bir söz, ümumiyyətlə qanunvericiliyin heç bir normasını bilmir. Bilmirəm, o, necə işləyəcək”, - Nastasyak bildirib.
O, həmçinin lovğalanıb ki, İvano-Frankovski vilayətinin qubernatoru önəmli bir addım atmadan əvvəl ona zəng edir və məsləhətləşir.
Saakaşvili isə ona cavab verib ki, post-maydan Ukraynada yaşayırlar və qubernatorlar prokurorla deyil, xalqla məsləhətləşməlidir.
Qeyd edək ki, David Sakvarelidze daha əvvəllər Gürcüstan baş prokurorunun birinci müavini postunu tutub. Onun Saakaşvili ilə birlikdə İqor Nastasyakın istefaya göndərilməsində xüsusi rolunun olduğu təxmin edilir.
Ömər Dağlı
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - FOTO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
-
Hadisə09:48İş adamının nəvəsi qonşusunu güllələdi
-
Nida Xəbər 09:06Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Nəqliyyat08:36Paytaxta giriş-çıxış müşkülə çevrildi - SİYAHI
-
Hadisə08:12Bakıda 10 otaqlı yaşayış evində yanğın baş verdi - VİDEO












.jpg)
.jpg)


















.jpg)


