Ekologiya
Qubada avtomobil yolunda torpaq sürüşdü - - FOTO
Quba-Zərqova kənd yolunda torpaq sürüşməsi baş verib.
Sürüşmə yolun üç hissəsində qeydə alınıb. Son günlər havaların yağıntılı keçməsi yolda çökməyə və çatların yaranmasına da səbəb olub. Kənd sakinlərinin sözlərinə görə, 9 kəndi rayon mərkəzi ilə birləşdirən yoldan 4 mindən artıq sakin istifadə edir. Kənd sakini Mahir Xudaverdiyev bildirib ki, ərazidə sürüşmə baş verdiyindən avtomobillərin hərəkəti üçün təhlükəlidir. Yolda torpaq sürüşməsinin baş verdiyi ərazilər sakinlər tərəfindən nişanlanıb.
Quba rayon İcra Hakimiyyəti başçısının Zərqova kəndi üzrə nümayəndəsi Fərman Tahirovun sözlərinə görə, mütəxəssislər yolda sürümə baş verən ərazilərə baxış keçirib: “Təbii fəlakətin olduğu bəzi hissələrə daş tökülməsi qadağan edilib, çünki bu, çökməyə səbəb ola bilər. Həmin yerlərdən su ötürücü boruların qoyulmasına qərar verilib. Digər 2 sürüşmə yerinə isə çınqıl və daş tökülüb, təmir işləri yaxın 10 gün ərzində aparılacaq”.
14 km-lik Quba-Zərqova avtomobil yolu 1970-ci illərdə çəkilib, 25 il öncə isə yola asfalt döşənib. (apa)
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
-
Kriminal09:42Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ






.jpg)
























.png)





