Ekologiya
Bakının ən çox sürüşən əraziləri - RƏSMİ
“Nazirliyin “qaynar xətt”inə bir ay ərzində sürüşmə və subasma halları ilə bağlı 150-yə yaxın müraciət qeydə alınıb. Müraciətlərin 70 faizdən çoxu Abşeron yarımadasına aiddir”.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Ə.Qaralov onu da vurğulayıb ki, şikayətlər əsasən Zığ, Masazır, Nübar qəsəbəsi, Bayıl yamacından olan sakinlərdən daxil olur:
“Bayıldan olan müraciətlər təkcə məlum sürüşmə sahəsi ilə bağlı deyil. Digər ərazilərdən də müraciətlər qeydə alınır. Ümumilikdə, müraciətlər əsasən qurunt sularının üzə çıxması, evlərdə çatların yaranması və çökmə prosesləri ilə bağlıdır. Biz də hər bir müraciətə baxırıq, evlərdə çatlar yaranıbsa, onun texniki vəziyyəti ilə bağlı rəy vermək bizim səlahiyyətimizə daxil deyil. Lakin evin yerləşdiyi ərazi ekzogen proseslərə məruz qalması barədə müvafiq icra strukturu və nazirliyə arayış verilir. Bayılda stasionar mayaq və reperlər müşahidə aparır. 10 gündən bir müşahidələrin nəticəsi barədə Nazirlər Kabinetinə arayış təqdim edilir. Hazırda Bayıl yamacında vəziyyət stabildir, lakin bu ərazidə aktivliyin olmayacağı anlamına gəlmir”.
Ə.Qaralovun sözlərinə görə, bu ay ərzində təkcə Şamaxı şəhərində 48A məhəlləsində baş verən sürüşmə ilə bağlı 10-dan çox müraciət qeydə alınıb:
“Sakinlərin müraciətində sürüşmədə aktivliyin olması, evlərdəki çatların böyüdüyü, bəzi sakinlərin evlərini tərk etdiyi deyilir. Müraciətləri əsas tutaraq həm həmin ünvanda, həm də Şamaxıda yeni çəkilən yollardakı əmələ gələn çökmə, çatlama prosesləri ilə bağlı əraziyə baxış keçirəcəyik”.
Gülxar
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

