Ekologiya
Azərbaycanda yeni sürüşmə sahələri yarandı, VƏZİYYƏT GƏRGİNLƏŞDİ
Aprel ayı ərzində respublikanın bəzi avtomobil yollarında yeni lokal sürüşmə, uçqun prosesləri qeydə alınıb, subasma sahələrinin dinamikasında aktivlik müşahidə edilib.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Onun sözlərinə görə, Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyində uçqun-töküntü hadisələri baş verib.
“Zığ-1 sürüşmə sahəsində müşahidələr aparılarkən nisbi aktivlik qeydə alınıb. Binəqədi 1-ci mədən yaşayış sahəsində atmosfer yağıntıları və texnogen amillərin təsirindən subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb. Binəqədi qəsəbəsi Məlik Aslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dimanikasında aktivlik müşahidə olunub. Masazır qəsəbəsi Zəli gölü adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesində nisbi aktivlik müşahidə edilib. Oxşar proses Nübar qəsəbəsində sürüşmə sahəsində də qeydə alınıb”.
Ə.Qaralov onu da vurğulayıb ki, Sabunçu rayonu Maştağa-Zabrat subasma sahəsi aktivlik, Şuşa şəhərciyində subasma halında gərginlik müşahidə edilir. Daş karxanası, Zabrat-Məhəmmədi, Qala qəsəbəsi, Savalan qəsəbəsi subasma hallarında aktivlik qeydə alınır.
Ekspedisiya rəisi bildirib ki, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-29 kilometrliyinin sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin diamikasında atmosfer yağıntıları və texnogen amillərin təsirindən yolboyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olnub.
“Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyi sürüşmə sahəsində atmosfer yağıntıları və texnogen amillərin təsirindən, Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində təbii amillərin təsirindən prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb. Lənkəran rayonunun Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində atmosfer yağıntıları və texnogen amillərin təsirindən yolboyu yamacda bir neçə yerdə yeni uçqun, bir neçə yerdə yeni sürüşmə sahəsi qeydə alınıb.
Lənkəran rayonunun Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik müşahidə edilib və bir neçə lokal sahədə yeni sürüşmə və uçqun sahələri qeydə alınıb. Lənkəranın Tükəvilə-Diryan-Gəgiran yolunun 12-ci kilometrliyində təbii və texnogen amillərin təsirindən nisbi aktivləşmə olub. Masallı rayonunun Güllütəpə, Züvad sürüşmə sahələrində, Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-26 kilometrliyində təbii amillərin təsirindən sürüşmə sahəsi aktivləşib. Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində aktivləşmə, Cəlilabad-Cəngan-Soltankənd yolunun 17-ci kilometrliyində mövcud sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım qeydə alınıb”.
Ə.Qaralov deyib ki, Gədəbəy rayonunun Arıqıran sürüşmə sahəsində, Xızı-Altıağac yolunun mövcud sürüşmə sahəsində aktivlik olub:
"Xızı-Altıağac yolunun sağ və sol hissəsində bir neçə lokal sahədə çökmə-oturma hadisəsi qeydə alınıb, bu yolun 11-15-ci kilometrliyində təbii və texnogen amillərin təsirindən aktivlik müşahidə olunub. Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində sürüşmə prosesi aktivləşib, yol boyu bir neçə yerdə lokal sürüşmə sahələri aşkarlanıb".
Gülxar
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO