Ekologiya
Dünyanı gözləyən FƏLAKƏT: həşəratlar yox olsa...
Həşəratların yox olması dünya miqyaslı fenomen bir hadisədir. Əgər bunu durdurmaq mümkün olmasa, nəticələr sadəcə fəlakət olacaq.
Publika.az xəbər verir ki, İsveçrə mediasında yayımlanan yazıda avstraliyalı ekoloq, Sidney Universitetinin professoru Fransisko Sançez-Bayonun rəhbərliyi altındakı alimlər qrupunun həşəratların sayının öyrənilməsinə həsr olunan 73 müxtəlif təhqiqatı incələyərək olduqca qorxulu nəticəyə gəldikləri göstərilib.
Onların rəyinə görə, hazırda həşəratların bütün növlərinin sayında azalma baş verir. Özü də bu proses elə sürətlə gedir ki, ildə onların biokütləsi 2,5% azalır. Əgər proses bu templə davam etsə, 100 ildən sonra Yer üzündə bir dənə həşarat qalmayacaq.
Ekspertlərin fikrincə, xüsusilə pulcuqlu qanadlılar və ya kəpənəklərin, habelə peyin böcəklərinin, o cümlədən, arı, eşşək arısı kimi zərqanadlıların və qarışqaların sayı kəskin şəkildə minimal səviyyəyə enir.
Mütəxəssilərin rəyinə əsasən, həşəratlaırn qlobal şəkildə məhv olmasının əsas səbəbi ətraf mühit, xüsusilə kənd təsərrüfatı sahəsində intensivliyin artması (burada bitkilərə verilən zəhərlərin də rolu az deyil), şəhərsalma və yol tikintisinin aparılmasıdır.
Sənayedə və kənd təsərrüftatında istifadə olunan maddələr, məsələn, neonikotinlər həşəratların sinir sisteminə öldürücü təsir göstərir, bunun sayəsində isə təkcə ziyanvericilər deyil, başqa həşəratlar da ölürlər.
Bundan başqa, “varroa” tipli gənə-parazitlərin bal arılarının yuvalarına “dadanması” onların kütləvi surətdə məhvinə gətirib çıxarıb.
Alimlər 4-cü səbəb kimi iqlim dəyişikliyini göstərir. Havalaırn istiləşməsi onsuz da hərarətli və tropik bölləgələrdə güc-bəla ilə yaşayan həşəratlara ciddi ziyan vurur. (Musavat.com )
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi





































