Ekologiya
Qızılağac milli parkında balıq ovu turniri keçirildi - FOTO
Ölkədə sivil balıq ovunun təbliği üçün növbəti həvəskar balıq ovu turniri Qızılağac Milli Parkında keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl edərək icazə verilən ərazilərdə icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ etmək məqsədilə keçirilən turnirdə çoxlu sayda həvəskar balıqçı iştirak edib.
Qızılağac milli parkının direktoru Firdovsi Məmmədov jurnalistlərə bildirib ki, milli park ərazisində həvəskar balıqçıların icazə verilən ov alətləri ilə ov etmələri üçün yerlər müəyyən olunub və lazımi şərait yaradılıb: “Bununla biz həm də milli parka turistlərin cəlb edilməsinin, insanların asudə vaxtlarını təbiət ərazilərində səmərəli keçirmələrini təşviq edirik”.
Milli parkın direktoru qeyd edib ki, eyni gündə parkın ərazisində həvəskar balıq ovu turniri ilə yanaşı ətrafda yaşayan sakinlərin təbiətlə sivil təmasının qurulması, ətraf mühitə diqqətin artırılması məqsədilə sakinlərin, o cümlədən məktəblilərin parkın infrastrukturu ilə, informasiya mərkəzi ilə tanışlığına da şərait yaradılıb, parkın ərazisində gəzinti təşkil edilib.
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi



















.jpg)













.jpg)
.jpg)

