Ekologiya
Azərbaycanın ekoloji risklər xəritəsi hazırlandı
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov təbii-texnogen təhlükələr əsasında Azərbaycanın ekoloji risklər xəritəsini işləyib hazırlayıblar.
Coğrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, bu xəritə Azərbaycanın ilk dəfə çoxparametrli məlumatlar əsasında tərtib edilmiş iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsidir.
Azərbaycan ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənmə, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlaşma, iqlimdəki risklər (quraqlıq, kəskin şaxta, isti, isti quru küləklər və s.), səhralaşma və zəlzələ kimi ekoloji risk yaradan mənbələr müəyyən edilib. Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%- i zəif, 23,9%-i orta, 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli ərazilərdir.
Bu xəritə infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, seliteb-şəhər planlaşdırılmasında, sığorta işlərində vacib mənbə rolunu oynaya bilər.
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi



















.jpg)













.jpg)
.jpg)

