Ekologiya
Regionda əsaslı dönüş yaradacaq - Ekspert Sərsəngin önəmimi açıqladı
"Sərsəng su anbarı illərdir ki, təcavüzkar Ermənistanın işğalı altında saxlanılır. Ümumi su tutumu 565 milyon m3, bəndinin hündürlüyü 125 metr, uzunluğu 555 metr olan bu anbar ölçüsünə görə 6 rayonun suvarılmasında xüsusi əhəmiyyətə malikdir".
Bu sözləri Publika.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firidun Tağıyev deyib.
O bildirib ki, Sərsəng su anbarı Tərtər çayı üzərində yerləşir: “Tərtər çay da vaxtı ilə sulu çaylarımızdan olub. Lakin erməni qəsbkarları 30 il ərzində o suyun qarşısını kəsməklə ciddi ekoloji problemlər yaratmağa müvəffəq olurdu. Suvarma tələb olunan sahələrimiz susuz qalırdı. Yay aylarında suyumuzu tamamilə kəsir, qış aylarında isə suyu buraxıb anbarı boşaldırdılar ki, yayda doldursunlar. Bu ekoloji tarazlığa ciddi təsir edən amil idi. İllərdir ki, Tərtər çayının aşağı axınında su azlığından fermerlər, eyni zamanda su istifadəçiləri də ciddi əziyyət çəkir.
Sərsəng Su anbarının aşağı tənzimləyicisi Suqovuşan su anbarı artıq bizim nəzarətimizdədir. Onun nəzarətə keçməsi və müəyyən tənzimləyici funksiyası sayəsində Tərtər çayda suyun miqdarı artıb. Bu da Goranbay, Tərtər və Yevlax rayonunda fermerlərə əkin sahələrinin suvarılması üçün imkan yaradacaq. İnşallah çox qısa zamanda Sərsəng su anbarının da işğaldan azad olunması günü gözləyirik.
Sərsəng su anbarının nəzarətimizə keçməsi regionda kənd təsərrüfatı sahəsində əsaslı dönüş yaradacaq, böyük töhfə verəcək. İllərdir həmin ərazidə olan Ağdam, Ağcabədi, Goranboy, Bərdə və Yevlax rayonları suvarma suyu baxımdan qıtlıqla üzləşirdi. Hətta Tərtər və Goranboy rayonlarında suvarma suyunun ehtiyacının ödənilməsi məqsədilə ciddi şəkildə subartezian quyulardan istifadə olunurdu ki, bunlar da kənd təsərrüfatı üçün adi axar suya nisbətən effektiv deyildi, içməli su üçün daha yararlı idi. İnşallah rəşadətli ordumuz Ali Baş Komandanın rəhbərliyi altında Suqovuşan anbarı və Xudafərin hidroqovşaqlarını çox qısa zamanda azad etdiyi kimi, yaxın zamanda Sərsəng su anbarını da azad edərək onun suyundan səmərəli şəkildə edə biləcəyik”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
