Ekologiya
Bu balıqların ovlanmasına görə CƏRİMƏLƏR ARTIRILDI
“Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə görə tətbiq edilən cərimənin məbləği artırılıb.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”ə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, “Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə daxil olan canlıların sayı da artırılıb. Kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı balıq növlərini ovlayanlar 275 manat məbləğində cərimə ediləcək (Əvvəl 250 manat idi). Əvvəllər yalnız “Qırmızı kitaba” daxil edilmiş kələmo, dəniz sıfı, poru, ilanbalığı, qızıl xallı balıq növlərini ovlayanlar cərimə edilirdi.
Həmçinin, ölçüsündən və çəkisindən asılı olmayaraq, bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan aşağıdakı məbləğdə (manatla) müəyyən ediləcək:
- bölgə - 247,5 manat
- nərə, uzunburun, ağ qızılbalıq - 220 manat
- xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın - 33 manat
- çəki, karp, qarabel siyənəyi - 22 manat
160x600
- naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri - 11 manat
- kilkə (1 kq) - 0,55 manat
- kürü (1 kq) bölgə, kələmo, nərə, uzunburun - 220 manat
- su onurğasızları xərçəng - 1,1 manat
- krevet - 0,55 manat
Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr isə üç qatına tutulacaq.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO



































.jpg)


