Ekologiya
Tozlu hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: Tənəffüs yolları xəstəliyi yaradır
“Dispers toz hissəcikləri çox xırda qum hissəcikləridir və 2,5-10 mikron ölçüdə olur”.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
Xidmətin əməkdaşı mətbuata açıqlamasında onu da bildirib ki, bu toz hissəcikləri insanın tənəffüs yollarına, oradan da ağciyərlərə asanlıqla keçə bilir.
Bəs, dispers toz hissəcikləri insan orqanizmində hansı fəsadları yaradır?
Həkim ekspertlərin dediyinə görə, tozun tərkibində müxtəlif canlı mikroorqanizmlər vardır ki, onlar orqanizmə düşdükdən sonra fəaliyyətini davam etdirib, zəhərli maddələr istehsal edirlər:
"Toz hissəcikləri tənəffüs yollarına çökür, nəticədə müxtəlif maddələr insan orqanizminə daxil olur. Zəif immunitetli və tənəffüs yollarında problemi olan insanlara toz daha pis təsir göstərir.
Müxtəlif növ allergiyalar, bronxial astma, böyrək, mədəaltı vəzi, ürək və tənəffüs orqanlarının xəstəlikləri tozun səbəb olduğu əsas xəstəliklərdir. Toz xroniki xəstəliklərin ağırlaşmasına və yeni patoloji prosesslərin baş verməsinə, hətta ağciyər xərçənginin yaranmasına belə gətirib çıxara bilir.
Belə havada mütləq eynəkdən və maskadan istifadə edilməlidir. Çünki tozlu hava göz kataraktası olan xəstələrə də təsirsiz ötüşmür. Bu cür hava əsəb sisteminə də təsir edir, psixoloji problemlər yaradır və stressə səbəb olur. Xüsusilə meteohəssas insanlar əziyyət çəkir".
Qeyd edək ki, bu gün Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında tozlu hava şəraitinin müşahidə olunduğu barədə məlumat yayıb.
Rövşən Ziya
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi


































.jpg)


