Ekologiya
Tehranda təhsil dayandırıldı: "Küçəyə çıxmayın" xəbərdarlığı edildi
İranın paytaxtı Tehranda havanın çirklənməsinə görə təhsil 1 gün müddətinə dayandırılıb.
Publika.az xəbər verir ki, bununla əlaqədar ürək və ağciyər xəstəlikləri olan insanlara, yaşlılara və uşaqlara küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.
Tehranın hava dövriyyəsi üçün uyğun olmayan fiziki quruluşu, şəhərdə əhalinin sıxlığı və nəqliyyat vasitələrinin istifadəsi, avtomobillərdə və fabriklərdə istifadə olunan keyfiyyətsiz yanacaqlar havanın çirklənməsinin əsas səbəbləri kimi göstərilir.
Tehran Hava Keyfiyyətini Ölçmə Şirkəti tərəfindən verilən açıqlamada bu gün hava çirkliliyinin hər kubmetr üçün 151 mikroqram olaraq ölçüldüyü və bu nisbətin bütün yaş qrupları üçün qeyri-sağlam və təhlükəli olduğu bildirilib. Fövqəladə Hallar Komitəsindən verilən açıqlamada havanın çirklənməsi ilə əlaqədar paytaxtdakı bütün uşaq bağçaları və ibtidai məktəblərin 1 gün müddətinə bağlanmasına qərar verildiyi açıqlanıb. Açıqlamada ürək və ağciyər xəstəlikləri olan şəxslərə, qocalara və uşaqlara küçəyə çıxmamaq, ictimaiyyətə isə hər cür açıq havada işləməkdən çəkinmələri barədə xəbərdarlıq edilib.
Nəzrin
-
Elm və təhsil20 Aprel 21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20 Aprel 20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ20 Aprel 19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 20 Aprel 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika20 Aprel 17:28İlham Əliyev fərman imzaladı
-
Sosial20 Aprel 17:00Əli Əsədov qərar imzaladı
-
Dünya20 Aprel 15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial20 Aprel 14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
















.jpg)



















