Ekologiya
Xəzərdə görünən naməlum varlıq nədir? - VİDEO
Xəzər dənizində naməlum varlıq görünüb və bu qeyri-adi hadisə geniş marağa səbəb olub.
Publika.az xəbər verir ki, ətrafda olan şahidlər onun nəhəng ölçüdə olduğunu və suyun səthində bir müddət üzərək yoxa çıxdığını bildiriblər.
Sosial şəbəkələrdə paylaşılan videogörüntülər izləyicilər arasında maraqla qarşılanıb, müxtəlif müzakirələrə yol açıb. Çoxları bu məxluqun balina olduğunu ehtimal ediblər.
Ətraf mühit üzrə ekspert Rövşən Abbasov Xəzər Xəbər-ə deyib ki, yayılmış görüntülərin real olduğunu demək çətindir.
O, hesab edir ki, Xəzər dənizində balina yaşaya bilməz. Ekspertin sözlərinə görə, Xəzər dənizində yalnız nərə balığı kimi nəhəng ölçülü balıqlar yaşayır: "Xəzər dənizində kifayət qədər iri balıqlar var və onların ən böyüyü ağ balıqdır".
Rövşən Abbasov onu da bildirib ki, iqlim dəyişikliyi səbəbindən dənizlərdə müəyyən dəyişikliklər olur və bəzi canlı növləri daha əvvəl görünmədikləri yerlərə gəlib çıxırlar.
-
Nida Xəbər 17:50Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...




































