Ekologiya
Bu rayonumuza 79 sm qar yağdı - FAKTİKİ HAVA
Fevralın 8-i saat 15:30-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Tovuz, Şəki (Kişçay), Oğuz, Qəbələ, Zaqatalada (Əlibəy) arabir qar, Tərtər, Gəncə, Şəmkir, Şamaxı, Astarada isə yağış yağır.
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində də zəif qar müşahidə olunur.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 27 m/s-yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Zaqatala, Şəki, Şamaxı, Lerik, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncədə duman müşahidə olunur. Dumanda görünüş 1000 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti fevralın 10-dək davam edəcək.
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Avropa10:54Hərbi əks-kəşfiyyatdan qadağa: Rus əsilli almanlar Litvaya göndərilməyəcək
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi













.jpg)














.jpg)





.jpg)




