İdman
Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə prosesində yeni açıqlamalar səsləndirilib.
Publika.az xəbər verir ki, mərhum futbolçunun şəxsi həkimi Leopoldo Lukeyə qarşı iş üzrə onun lehinə ifadə verən klinik həkim və mütəxəssis Xose Antonio Maya bildirib ki, Maradonanın ölümündən əvvəl tibbi baxımdan diqqət tələb edən bəzi əlamətləri olub. Onun sözlərinə görə, həmin əlamətlərin qiymətləndirilməsi üçün isə futbolçunun həkimlərin müayinəsinə razılıq verməsi lazım idi.
Maya məhkəmədə Maradonanın müalicə prosesində qərar vermək hüququna malik olduğunu və bəzi hallarda həkimlərin müdaxiləsinə imkan vermədiyini deyib. O bildirib ki, futbolçu özünü pis hiss etdikdə tibbi müdaxiləyə razılaşırdı, lakin həmin dövrdə özünü yaxşı hiss etdiyini düşündüyü üçün müayinədən keçmək istəməyib.
Həkimin sözlərinə görə, Maradonanın ölümündən bir neçə gün əvvəl ayaqlarından birində şişkinlik müşahidə olunub. Bu barədə tibb işçilərindən biri məlumat verdikdən sonra həkim Pedro Di Spanya onun evinə gedib. Lakin Maradona həkimlə görüşməkdən imtina edib.
Maya şişkinliyin birbaşa ürək xəstəliyinin göstəricisi olmadığını bildirib. Bununla belə, onun sözlərinə görə, belə əlamət tibbi müayinə tələb edən xəbərdarlıq siqnalı hesab edilə bilər.
Məhkəmə prosesində məlum olub ki, Maradona ölümündən təxminən bir həftə əvvəl – 18 noyabr 2020-ci ildə şəxsi həkimi Leopoldo Lukeylə münasibətlərini dayandırıb. O, həmçinin “Swiss Medical” şirkətinin təyin etdiyi klinik həkim Pedro Di Spanya və qidalanma mütəxəssisi Lusiano Spina ilə də əməkdaşlığına son verib.
Proses zamanı bəzi şahidlər Maradonanı müalicəsi çətin olan pasiyent kimi xarakterizə ediblər.
Qeyd edək ki, Maradonanın ölümünü araşdıran çoxprofilli tibbi şura futbolçunun tibbi heyətinin davranışlarını “qeyri-kafi, natamam və ehtiyatsız” kimi qiymətləndirib. Maya isə bu nəticə ilə razılaşmayaraq fərqli rəy təqdim edib.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər














.jpg)

























