Ekologiya
Yağış yağır - FAKTİKİ HAVA
Azərbaycanın əksər rayonlarda dekabrın 25-i saat 10:00-a olan məlumata görə, hava əsasən yağmursuz, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi şərq rayonlarında arabir yağıntılı olub.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Xaçmaz və Qubada 3, Şabran, Bakıda və Abşeron yarımadasında 2, Qusarda 1 mm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Qobustanda 16 m/s-dək güclənib.
Quba, Qusar, Şərur, Naftalan, Şəmkir, Yevlax ,Zərdab, Sabirabad, Biləsuvar, Lənkəran, İmişli, Astarada duman müşahidə olunub. Görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 8, Aran rayonlarında 2 dərəcəyədək şaxta qeydə alınıb.
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi














.jpg)























