Ekologiya
Azərbaycanın bu ərazilərinə dolu düşdü
Mayın 24-ü saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı: Qaxda 47, Xaltanda (Quba) 16, Gədəbəydə 12, Naxçıvanda 9, Daşkəsəndə 8, Qusarda 5, Şahbuz, Kişçayda (Şəki) 4, Altıağacda 3, Gəncə, Tovuz, Naftalanda 2, Goranboy, Ağstafa, Şəmkir, Zaqatala, Balakən, Xaçmaz, Şabran, Ordubad, Şahdağda 1 mm-dək qeydə alınıb.
Mayın 23-də saat 18:45-18:50 radələrində Ağstafa rayonuna, saat 21:02 radələrində Şəmkir rayonu Daşbulaq kəndinə, saat 21:27 radələrində isə Gədəbəy rayonunun Qoşabulaq, Pərizamanlı, Samanlıq kəndlərinə xırda dənəli dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınıb.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam














.webp)



















.jpg)

