Elm və təhsil
Qeydiyyat bu gün başa çatır - Abituriyentlərin nəzərinə
Dövlət İmtahan Mərkəzi aprelin 22-də keçirilmiş Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət alan və ya imtahanda iştirak etməyən rus bölməsi abituriyentlərinə müraciət edib.
DİM-dən Publika.az-a verilən məlumatda bildirilib ki, rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə ikinci imtahana qeydiyyat bu gün başa çatır.
Ümumi (9 illik) orta təhsil bazasından kolleclərə qəbul olmaq istəyən (1-27 mart tarixlərində elektron ərizəsini təsdiq etmiş), lakin aprelin 22-də keçirilən Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət alan və ya imtahanda iştirak etməyən abituriyentlər günün sonunadək qeydiyyatdan keçməklə iyunun 10-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasından kolleclərə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri də (22 aprel 2018-ci il tarixində keçirilmiş “Azərbaycan dili” imtahanından "qeyri-məqbul" qiymət alan və ya imtahanda iştirak etməyən) ikinci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
Elektron ərizələrini 11-30 aprel tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə “Azərbaycan dili” imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər. Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların kabinetlərindəki hesablarından çıxılır.
Rus bölməsinin abituriyentləri üçün ikinci “Azərbaycan dili” fənni imtahanı iyunun 10-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)

