Elm və təhsil
Eynşteynin nisbilik nəzəriyyəsi - Günəş sisteminə yaxın bir qalaktikada...
Almaniyalı məşhur elm adamı Albert Eynşteynin nisbilik nəzəriyyəsi Günəş sisteminin xaricindən başqa bir qalaktikada tapılıb.
Publika.az xəbər verir ki, Portsmut Universiteti Kosmologiya və Qravitasiya İnsitutunun alimi Tomas Kolletin rəhbərlik etdiyi mütəxəssis komandası Yerdəki cazibə qüvvəsinin Günəş sisteminə yaxın bir qalaktikada Eynşteynin nisbilik nəzəriyyəsindəki kimi hərəkət etdiyini müşahidə edib.
Nəticələri “Science” (Elm) dərgisində yayımlanan araşdırma çərçivəsində “Hubble” və Avropa Cənub Rəsədxanası teleskopundan əldə edilən bilgilərdən istifadə edilib.
Müşahidəsinin aparıldığı ESO325-G004 qalaktikasının Yerdən 500 milyon işıq ili uzaqda olduğu, bu yaxın məsafənin qravitasiya qüvvəsinin ölçülməsini mümkün hala gətirdiyi bildirilib.
Tomas Kollet araşdırma ilə bağlı verdiyi açıqlamada bildirib ki, ümumi nisbilik nəzəriyyəsi böyük nəsnələrin quruluşunun kosmosda pozulduğunu ehtiva edir: “Bu, bir başqa qalaktikanın yaxınlığından keçərkən işığın istiqamət dəyişdirməsi anlamına gəlir. İki qalaktika bizim baxış xəttimizdə düzülərsə, “güclü qravitasiya qırılması” adı verilən hadisə ortaya çıxa bilər. Bu durumda qalaktikanın keçmişinə dair müxtəlif ehtimalları görürük. Ön plandakı qalaktikanın kütləsi bəlli olarsa, müxtəlif obrazlar arasındakı boşluq miqdarı bizə ümumi nisbiliyin qalaktikalar miqyasında doğru cazibə qüvvəsi olub-olmadığını izah edər”.
ESO325-G004 qalaktikasının ulduzlarını orbitində saxlamaq üçün nə qədər kütləyə sahib olduğunu anlamaq məqsədilə ulduzların fırlanma sürətini ölçdüklərini qeyd edən Kollet daha sonra bu kütləni “Hubble”in müşahidə etdiyi cazibə qüvvəsinin qırılma boşluqları ilə qarşılaşdırdıqlarını və nəticənin ümumi nisbiliyin nəzərdə tutduğu kimi çıxdığını söyləyib.
Zümrüd
-
Cənubi Qafqaz14:42Paşinyandan kilsəyə zərbə: II Qaregin devriləcək - Yeni plan üzə çıxdı
-
Yaxın Şərq13:30İran ABŞ-ı hədələdi: Bu dəfə silahlarımız fərqli olacaq
-
ABŞ10:12ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi - Astronomik məbləğ
-
Hadisə09:35DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
-
Region09:28İstanbul yenə silkələndi: Bir-birinin ardınca zəlzələlər
-
ABŞ07:35Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan etdi
-
İdman06:16Roberto Karlos İslamı qəbul edib? – Həyat yoldaşımın namaz qıldığını görmək…
-
Hadisə02:18Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Foto







.jpg)



.jpg)












.jpg)














